Əsas məzmuna keç

Agentlik deyil

Avropaya müraciətedirsən? Tək qalma.

Ölkə seçimindən sənədlərin göndərilməsinə qədər müraciətini birlikdə hazırlayırıq. Mən Sədatam. Brnoda yaşayıram, Verifex-in qurucusuyam və Avropa müraciətlərimi əvvəldən sona qədər özüm etmişəm.

1500–2000 AZN yox, 700 AZN · 5 universitetə qədər · hamısından imtina gəlsə 50% geri

Kiməm

Qurucuyam, məsləhət şirkəti deyiləm. İşi də ona görə başqa cür görürəm.

Adım Sədat Nəzərli. Brnoda yaşayıram və Verifex-in qurucusuyam: şirkətlərin yeni müştərilərini beynəlxalq sanksiya siyahıları ilə yoxlayan sistem. Ödəniş edən müştəriləri var.

Ondan əvvəl fintech sahəsində işləmişəm: ödəniş şirkətləri üçün müştəri yoxlama sistemi qurmuşam.

Paralel olaraq Masaryk Universitetində Beynəlxalq Münasibətlər və Avropa Siyasəti oxuyuram. Yəni Avropa müraciət sistemini həm sənəd tərəfindən, həm də içəridən görürəm.

Avropa müraciətlərimi özüm etdim: Litvadan tam təqaüd qazandım, daha 8 universitetdən qəbul aldım. Universitet seçimi, motivasiya məktubu, sənədlər, viza: hamısını. Heç bir agentliyə pul vermədim.

Bu işi də eyni cür görürəm: nə etdiyimi gizlətmədən, nəyi edə bilməyəcəyimi əvvəlcədən deyərək və hər işi vaxtında təhvil verərək.

LinkedInVerifex

Müraciət hazırladığım universitetlərdən bəziləri

Masaryk UniversityCharles UniversityČVUT PrahaVŠE PrahaČZU PrahaVUT BrnoMendel UniversityPalacký UniversityComenius UniversitySTU BratislavaVilnius UniversityVilnius TechKaunas University of TechnologyVytautas Magnus UniversityMykolas Romeris UniversityKlaipėda UniversityUniversity of LatviaRiga Technical UniversityRīga Stradiņš UniversityUniversity of ViennaTU WienUniversity of GrazJKU LinzMasaryk UniversityCharles UniversityČVUT PrahaVŠE PrahaČZU PrahaVUT BrnoMendel UniversityPalacký UniversityComenius UniversitySTU BratislavaVilnius UniversityVilnius TechKaunas University of TechnologyVytautas Magnus UniversityMykolas Romeris UniversityKlaipėda UniversityUniversity of LatviaRiga Technical UniversityRīga Stradiņš UniversityUniversity of ViennaTU WienUniversity of GrazJKU Linz

Müraciət etdiyimiz ölkələr

  • Çexiya
  • Slovakiya
  • Litva
  • Latviya
  • Estoniya
  • Finlandiya
  • İsveç
  • Norveç
  • Danimarka
  • İsveçrə
  • Avstriya
  • Belçika
  • Macarıstan
  • Birləşmiş Krallıq

Polşa siyahıda yoxdur: tələbə vizası ilə ciddi problemlər var, ona görə oraya müraciət hazırlamıram.

Xidmət

Nə edirəm

Proses

İlk söhbətdən göndərişə qədər

  1. 01

    Pulsuz ilkin söhbət

    Hədəfini, qiymətlərini və büdcəni danışırıq. Sənə kömək edə bilməyəcəyəmsə, elə bu söhbətdə deyirəm.

  2. 02

    Universitet siyahısı

    Proqramları araşdırıram, son tarixləri və tələbləri ilə siyahı çıxarıram. Siyahını birlikdə razılaşdırırıq.

  3. 03

    Sənədlər və mətnlər

    Sənəd siyahısı, motivasiya məktubu və CV. Mətnləri bir neçə dəfə birlikdə redaktə edirik.

  4. 04

    Müraciətlərin göndərilməsi

    Formaları doldururuq, sənədləri yükləyirik. Göndərilən hər müraciətin təsdiqini sənə ötürürəm.

  5. 05

    Cavablar

    Cavablar gələndə birlikdə qiymətləndiririk. Qəbuldan sonra viza mərhələsi gəlir, o isə ayrıca paketdir.

Qiymət

Bir paket, bir qiymət

1500–2000700 AZN

Agentliklər eyni iş üçün 1500–2000 AZN alır. Mən 700 AZN alıram, yarıdan da az.

5 universitetə qədər müraciət · hər əlavə universitet +100 AZN

50% işə başlayanda, 50% müraciətlər göndəriləndə

Qiymətə daxil deyil

  • Universitetlərin müraciət rüsumları
  • Tərcümə və notarial təsdiq
  • Tanınma (nostrifikasiya) rüsumları
  • Viza və digər rəsmi dövlət xərcləri

Bu xərcləri birbaşa özün ödəyirsən. Pul mənim üzərimdən keçmir.

Əlavə paket

Qəbul gəldi. İş hələ bitmədi.

199.99 AZN

Viza ayrıca prosesdir və burada risk realdır: bir sənəd səhv və ya natamam olsa, viza rədd edilə bilər. Bunu əsas paketə qatmıram. Ayrıca və aydın qiymətlə edirəm.

Paketə daxildir

  • Hansı sənəd lazımdır, hansı formada və nə qədər müddətə etibarlı olmalıdır: tam siyahı və yoxlama
  • Maliyyə sübutu və sığortanın tələblərə uyğun hazırlanması
  • Səfirlik və ya konsulluq müraciəti: randevu, forma və sənəd dəsti
  • Müsahibəyə hazırlıq, əgər həmin ölkədə tələb olunursa
  • Müraciətdən sonra statusun izlənməsi və əlavə sənəd istənsə, cavabın hazırlanması

İstəsən, bu mərhələni viza şirkətləri ilə də apara bilərsən. Mən sadəcə eyni işi daha ucuz və birbaşa özüm görməyi təklif edirəm.

Viza qərarını dövlət orqanı verir, mən yox. Zəmanət vermirəm. Cavabdeh olduğum şey budur: sənədlər düzgün, tam və vaxtında olsun.

Geri ödəniş

Hamısından imtina gəlsə, 50% geri qaytarıram.

Müraciət etdiyin universitetlərin hamısından imtina cavabı gəlsə, ödədiyin məbləğin 50%-i sənə qayıdır. Şərtlər sadədir:

  • Universitet siyahısını birlikdə razılaşdırmışıq.
  • Sənədləri vermisən və razılaşdırılmış son tarixlərə riayət etmisən.
  • Müraciətləri geri götürməmisən.
Tam şərtlər

Açıq deyim

Qəbul zəmanəti vermirəm. Heç kim verə bilməz.

Qərar məndə deyil

Qəbulu universitet, təqaüdü onu verən təşkilat, vizanı dövlət orqanı həll edir. Bu qərarlara təsir edə bilmərəm.

“100% qəbul” yalandır

Bunu vəd edən ya prosesi bilmir, ya da bilərəkdən yanıldır. Belə vəd eşidəndə ehtiyatlan.

Vəd etdiyim budur

Dürüst qiymətləndirmə, şansın zəif olanda bunu üzünə demək, hər sənədi vaxtında və yerli-yerində hazırlamaq, hər addımı izah etmək.

Suallar

Tez-tez soruşulur

  • Bakalavr, yoxsa magistratura?

    Hər ikisi. Prosesin məntiqi eynidir: proqram seçimi, sənədlər, mətnlər, son tarixlər. Fərqi ilkin söhbətdə sənin halına görə danışırıq.

  • Hansı ölkələr?

    Çexiya, Slovakiya, Litva, Latviya, Estoniya, Finlandiya, İsveç, Norveç, Danimarka, İsveçrə, Avstriya, Belçika, Macarıstan və Birləşmiş Krallıq. Ən yaxşı bildiyim ölkə Çexiyadır, çünki özüm orada yaşayıram. Polşa ilə işləmirəm: tələbə vizası ilə ciddi problemlər var.

  • Nə qədər vaxt aparır?

    Seçdiyin universitetlərin son tarixlərindən asılıdır. İlkin söhbətdə sənin üçün konkret təqvim çıxarırıq. Nə qədər tez başlasaq, seçim imkanın bir o qədər çox olur.

  • IELTS və ya TOEFL lazımdır?

    Əksər universitetlər üçün yox. Duolingo English Test getdikcə daha çox universitetdə qəbul olunur: daha ucuzdur, evdən verilir və nəticəsi tez gəlir. Amma tələb universitetdən universitetə dəyişir. Siyahını hazırlayanda hər biri üçün ayrıca yoxlayırıq ki, boş yerə imtahan verməyəsən.

  • Motivasiya məktubunu mənim əvəzimə yazırsan?

    Xeyr. Birlikdə yazırıq: mən struktur verirəm, sual verirəm, redaktə edirəm, mətn isə sənin qalır. Hazır məktub satan xidmət deyiləm, universitetlər belə mətnləri tanıyır.

  • Ödəniş necə olur?

    İki hissə: işə başlayanda 50%, müraciətlər göndəriləndə qalan 50%. Konkret ödəniş üsulunu ilkin söhbətdə razılaşdırırıq.

  • Hamısından imtina alsam?

    Müraciət etdiyin bütün universitetlərdən imtina gəlsə, ödənişin 50%-ni qaytarıram. Şərt: siyahını birlikdə razılaşdırmışıq, sənədləri vermisən, son tarixlərə riayət etmisən və müraciətləri geri götürməmisən.

  • Agentlikdən fərqin nədir?

    Qiymət və məsuliyyət. Agentliklər eyni iş üçün 1500–2000 AZN alır; mən 700 AZN alıram. Agentliklərdə müraciətini çox vaxt səni heç tanımayan bir operator doldurur. Universitetlə bağlı problemlər də buradan çıxır: yanlış proqram, yarımçıq sənəd, buraxılmış son tarix. Məndə qarşında bir nəfər var, hər sənədi vaxtında və yerli-yerində hazırlayıram, qiymət saytda açıq yazılıb və zəmanət vəd etmirəm.

Əlaqə

Yaz, hansı mərhələdə olduğunu danış.

İlk söhbət pulsuzdur və heç bir öhdəlik yaratmır. WhatsApp ən rahat yoldur.

700 AZN5 universitetə qədərPulsuz ilkin məsləhət