Məsləhət
Qərar verməzdən əvvəl danışaq
Mən agent deyiləm və heç bir universiteti sizə "satmıram". Sadəcə bu yolu keçmiş və hələ də burada yaşayan biri kimi sualınıza dürüst cavab verirəm.
Gəlməyə dəyərmi?
Sizin hədəfinizə, büdcənizə və gözləntilərinizə görə Çexiya və Avropa sizin üçün doğru seçimdirmi.
Hansı ixtisas?
Hansı ixtisasın burada dəyəri var, hansının yoxdur, məzunlar nə edir.
Universitet və proqram
Çex və ya ingilis dilində, dövlət və ya özəl, hansı şəhər.
Sənədlər və müraciət
Nə lazımdır, harada təsdiqlənir, hansı ardıcıllıqla edilir.
Viza və köçmə
Viza sənədləri, sığorta, yaşayış yeri və ilk həftələr.
Real həyat
Pul, iş, dil, dostlar, darıxmaq: kitabda yazılmayanlar.
Bilməli olduğunuz
- Qəbul və ya viza zəmanəti vermirəm: bu qərarları universitetlər və dövlət orqanları verir.
- Sizin yerinizə sənəd hazırlamıram, imzalamıram, heç bir rəsmi prosedurdan yan keçmirəm.
- Bilmədiyim şeyi bilirəm kimi demirəm: lazım olsa, rəsmi mənbəyə yönləndirirəm.